【實用生產應用app】BizimTarla; Bizim Tarla|最夯免費app

【實用生產應用app】BizimTarla; Bizim Tarla|最夯免費app

分享好友

【免費生產應用App】BizimTarla; Bizim Tarla-APP點子

Xanımların həyatında konserv məhsulları dövrü Bizim Tarladan əvvəl və sonrakı dövrə bölünür. Bizim Tarla məhsulları istehsalından əvvəlki dövrdə xanımlar bütün yayı evdə konserv məhsulları bağlamaqla keçirirdilər. İndi isə, evdə hazırlanmış kimi ləzzətli olan Bizim Tarla konservləri olduğu üçün xanımların həyatı rahatlaşıb və bütün yayı sevdiklərinə daha çox vaxt ayıra bilirlər.

Bizim Tarla markasının adı Biləsuvarda yerləşən 34000 hektarlıq tarladan götürülmüşdür. Markaya aid olan bütün məhsullar tarlada təbii yolla yetişdirilən tərəvəzlərdən və meyvə bağlarından toplanan təbii meyvələrdən hazırlandığı üçün Bizim Tarla marka adı verilmişdir. İlk dəfə 2006-cı ildə bazara daxil olan Bizim Tarla markası ilə təqdim edilən məhsulların istehsalı zamanı xam malların təbiiliyi və qiqiena böyük əhəmiyyət kəsb edir.

Tarladan yetişdirilən tərəvəzlərdən istehsal edilən yaşıl noxud, soyulmuş pomidor, tomat pastası, müxtəlif turşular, tərəvəz yeməyi və Azərbaycanın fərqli zonalarının meyvə bağlarından toplanan meyvələrlə hazırlanan kompotlar və mürəbbələr qısa müddət ərzində istehlakçıların sevgisini və etibarını qazanmışdır.

Bazara təqdim olunandan bugünə qədər keyfiyyət standartlarına nəzarət edib, milli ağız dadımıza uyğun ev üsulu ilə konserv məhsullarını istehlakçılarımıza təqdim etməkdən qürur duyuruq. İstehlakçıların da dediyi kimi Bizim Tarla məhsulları evdə hazırlanmış kompot, turşu, mürəbbə, pomidorlardan heç də fərqlənmir, əksinə qadınların rahatlığını təmin edir. Bu gün Bizim Tarla hər bir azərbaycanlının qürurla “yerli məhsul” deyə istehlak edə biləcəyi bir markadır. Bundan başqa Bizim Tarla məhsulları Azərbaycan məhsulu adı ilə dünyanın bir çox ölkəsinə ixrac edilir.

【免費生產應用App】BizimTarla; Bizim Tarla-APP點子

“Qafqaz Konserv Zavodu” MMC 12 sentyabr 2003-cü il tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlamışdır.

Azərbaycanın Şimal bölgəsində, Xaçmaz Şəhərində fəaliyyətə başladığı gündən inkişaf yoluna qədəm qoymuş Qafqaz Konserv Zavodu keyfiyyətli məhsul istehsal etmə yönündə daim yüksəliş pillələri ilə irəliyə addımlamaqdadır. Müəssisədə 350-dən artıq nəfər işçi çalışır ki, bu da Xaçmaz bölgəsinin inkişaf amillərindən biridir. Qafqaz Konserv Zavodu 08/11/2005-ci tarixindən etibarən TS ISO-EN-9001:2000 Keyfiyyət İdarə Etmə Sistem Sertifikatına sahibdir (Sertifikat № KY-4187/05) və bütün sənədləşmə , eyni zamanda istehsal proses işlərini Azərbaycan Respublikasının Qanunvericiliyinə əsaslandırmaq şərti ilə Beynəlxalq normalar çərçivəsində həyata keçirir. Qafqaz Konserv Zavodunun rəhbərliyi istehsal olunan məhsulların keyfiyyəti ilə bağlı bütün standartların (DÜST, QOST, TSE) tətbiqi sahəsində lazımi əməliyyatlar aparmaqdadır.

Biləsuvar Konserv zavodu, Biləsuvar rayonu

【免費生產應用App】BizimTarla; Bizim Tarla-APP點子

2010 cu ildə fəaliyyətə başlayan Biləsuvar Konserv zavodu yaşıl noxud, xiyar, kornişon, pomidor və digər turşular, tomat pastası, soyulmuş pomidor, doğranmış pomidor, kürü konservləri istehsal edir. Zavodun illik istehsal potensialı 40 000 tondur. Bizim Tarla məhsullarının xammalı şirkətlər qrupunun tərkibində olan Natural Green Land Kənd təsərrüfatı kompleksi tərəfindən təmin olunur.

Natural Green land 2006-cı ildən fəaliyyətə başlamışdır. Bu müəssisə müxtəlif kənd təsərrüfatı məhsullarının əkilməsi və becərilməsi ilə məşğul olur. Müəssisə tərəfindən Biləsuvar rayonunda 3400 hektarlıq ərazidə rekultivasiya işləri aparılmış, drenaj kanalları çəkilmiş, müasir kənd təsərrüfatı avadanlıqları ilə yanaşı, dünya liderləri “Valmont İnternational” şirkətinin suvarma sistemi, kənd təsərrüfatı texnikaları üzrə “John Deer” şirkətinin traktor və aqrotexniki avadanlıqları ilə təchiz olunmuşdur. Xiyar, pomidor, yaşıl noxud, badımcan, bibər, qabaq və digər tərəvəzlərin əkini həyata keçirilir və Bizim Tarla markası altında olan məhsulların istehsalında istifadə olunur. Ərazidə yüzlərlə hektar nar və heyva bağları salınmışdır. Azərbaycanda ilk yerli yaşıl noxud tarlası burada salınmışdır və Bizim Tarla markası ilk yerli yaşıl noxud konserv markasıdır.

免費玩BizimTarla; Bizim Tarla APP玩免費

免費玩BizimTarla; Bizim Tarla App

BizimTarla; Bizim Tarla APP LOGO

BizimTarla; Bizim Tarla LOGO-APP點子

BizimTarla; Bizim Tarla APP QRCode

BizimTarla; Bizim Tarla QRCode-APP點子
熱門國家系統支援版本費用APP評分上架日期更新日期
未知Android
Google Play
0.0.7
App下載
免費
1970-01-012015-04-19
分享app
上一個APP
下一個APP

高評價生產應用App推薦

福州好行

智慧交能'福州好行'是福州智慧城市智慧交通工程打造的一款手機端應用平臺,旨在為廣大成都市民和來成都的遊客提供多樣便捷的交通出行資訊服務。 福州好行用戶端目前主要提供市區路況、停車好行、公交出行、路況視頻、航班查詢、加油站查詢,的士電招等應用內容。免費玩福州好行 APP玩免費免費玩福州 …
51小秘

51好行是一個目前擁有1.5萬計程車加盟的打車服務的APP,涵蓋的服務最廣,為個人司機或是司機公司帶來最大的獲利與效益。51好行幫助司機們獲取更多預訂打車的客源,提供空中排班點。減少空車率,更能節能減碳,並且系統能夠分析,當司機進入排班點時,排班等候時間並提升建議是否排班或前往其他空排點進行載客。當 …
Life Quest

Life Quest is an app that give you simple quests to achieve in various fields. By achieving them, you’ll improve in your life.Life Quest is a special …